Logo
    main-post-cover

    Honor X50i smartfonunun yeni real fotoları ortaya çıxıb

    Cihazlar+
    19.04.2023
    Emil
        Honor şirkəti 21 aprel tarixində Honor X50i adlı yeni büdcəli smartfonunu təqdim edəcək. İndi isə internetdə sözügedən smartfonun real fotoları və texniki özəllikləri ortaya çıxıb. Fotolardan da görmək olar ki, Honor X50i smartfonu bazarda 4 rəngdə satışa çıxacaq. Qara, mavi, çəhrayı və göy. Texniki özəlliklərə gəldikdə isə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym IPS ekran, MediaTek Dimensity 6020 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 108 MP-lik əsas arxa kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər