Logo
    main-post-cover

    Honor X70-in ilk real fotoları təqdim edilib

    Cihazlar+
    07.07.2025
    Emil
         İnsayderlər hələ təqdim olunmamış Honor X70 smartfonunun ilk real fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda smartfonun həm ön həm də arxa paneli əks olunub. Fotolardan da görmək olar ki, Honor X70 smartfonu yastı gövdəni əldə edib və onun arxa panelində dairəvi kamera sahəsi yerləşir. İnsayderlər həmçinin bildiriblər ki, Honor X70 smartfonu 1.5K keyfiyyətli 6.79 düym ölçülü OLED ekranı əldə edəcək, Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Gözləntilərə əsasən smartfon 8000 mAh-dan daha böyük həcmli batareyanı əldə edə bilər.
    Paylaş