Honor X9b və Honor X9d kontakt.az-da: kameraların və avtonomluğun müqayisəsi
Əgər siz yeni smartfon axtarışındasınızsa və Honor X9b ilə Honor X9 d modelləri arasında tərəddüd edirsinizsə, doğru yerdəsiniz: çünki burada cihazların kamera və avtonomluq imkanlarını müqayisə olunacaq.
Hər iki cihaz 2025 ildə təqdim olunub və Azərbaycanda böyük maraqla qarşılanıb. Bəs hansı model məhz sizin ehtiyaclarınıza daha çox cavab verir? Gəlin, xüsusiyyətləri detallı şəkildə qarşılaşdıraq.
Honor X9b və Honor X9d: qısa icmalı
Hər iki smartfon orta seqmentdə yüksək keyfiyyət və əlçatan qiyməti vəd edir, lakin kiçik fərqləri var. Bu göstəricilər sizin seçiminizi dəqiqləşdirməyə kömək edəcək.
- Honor X9 b – 12 GB RAM və 256 GB daxili yaddaşla güclü bir performans təqdim edir. 2.2 GHz tezlikli və 8 nüvəli Qualcomm SM6450 Snapdragon 6 Gen 1 prosessoru ilə təchiz olunub. Həm gündəlik istifadə, həm də oyunlar üçün ideal seçimdir.
- 108 MP əsas kamera və 16 MP ön kamera ilə çox yüksək keyfiyyətli şəkillər çəkə bilərsiniz. Honor X9b-nin 5800 mAh batareyası, 35 Vt sürətli şarj ilə qısa müddətdə enerji yığır. 6.7 düymlük AMOLED ekranı, yüksək parlaqlıq və əla rəng dəqiqliyi təqdim edir.
- Honor X9d-də isə 8 GB RAM və 256 GB yaddaş mövcuddur. Qualcomm Snapdragon 6 Gen 4 ilə təchiz edilmişdir və bu modelin əsas fərqi, 108 MP + 5 MP kamera ilə daha geniş şəkil və video imkanları təqdim etməsidir.
- Honor X9 d modelində 8300 mAh batareya var və 66 Vt sürətli şarjla qısa müddətdə enerjini tam doldura bilərsiniz. Ekran 6.79 düym ölçüsündədir və AMOLED texnologiyası ilə yaxşı vizual təcrübə təqdim edir.

Dizayn və korpus materialları: modellərin vizual fərqləri
Dizayn hər iki modeldə müasir və cəlbedici olsa da, davamlılıq sahəsində böyük fərqlər var. Hər iki korpus plastik materialdan hazırlansa da, Honor X9d rəqibini açıq şəkildə üstələyir.
- Honor X9 d IP68/IP69K və IP66 standartlarına uyğun sertifikatlaşdırılıb, bu da su və toza qarşı maksimum müdafiə təmin edir. Model geniş ekran və daha güclü batareya ilə təqdim olunub, biraz iri ölçülərə sahibdir (161.9 × 76.1 × 7.76 mm).
- Honor X9b-də isə belə bir rəsmi dayanıqlılıq qorunma dərəcəsi yoxdur. Çərçivə və ümumi dizayn baxımından Honor X9d daha dayanıqlı və müasir yenilikləri özündə əks etdirir. Smartfon daha yığcam və incə dizayna sahibdir (163.6 × 75.5 × 8 mm) bu da onu bir əllə rahat istifadə etməyə imkan verir.
Ekran və görüntü keyfiyyəti
Hər iki cihaz yüksək keyfiyyətli görüntülər təqdim edən AMOLED ekran texnologiyasından istifadə edir. Lakin fərqlər detallarda gizlənir:
- Honor X9 b 6.78 düymlük AMOLED displeylə təchiz olunub və 1 milyard rəng dəstəyi ilə parlaq və dolğun görüntü təmin edir. 1220 × 2652 görüntü imkanı təklif edir. Bu videolar izləmək və oyun oynamaq üçün mükəmməldir. Parlaqlıq səviyyəsində bir qədər üstündür, bu da günəşli Baku küçələrində ekranı daha aydın görməyə imkan verir.
- Honor X9d-nin 6.79 ekranı da keyfiyyətlidir, lakin bəzi istifadəçilərin Honor X9d rəylər siyahısında qeyd etdiyi kimi, X9b-nin görüntüsü daha canlı və dəqiq rənglər təqdim edir. 1200 × 2640 görüntü imkanı təklif edir.
Honor X9b və Honor X9d kameraları: texniki fərqlər
İndi keçək əsas məsələyə - kameralara. Bu bölmə hər iki modelin texniki baxımdan ən böyük fərqini ortaya qoyur.
Əsas kamera və əlavə modullar
- Honor X9 b 108 MP + 5 MP + 2 MP-lik üç modullu əsas kamera ilə təchiz olunub, bu da hər şəraitdə dəqiq və keyfiyyətli fotolar çəkməyə imkan verir. 16 MP-lik ön kamera isə selfilər və videozənglər üçün idealdır. Honor X9b-də OIS yoxdur və bəzən keyfiyyət itkisinə səbəb ola bilər.
- Honor X9d-də 108 MP + 5 MP geniş bucaqlı kamera mövcuddur. Optik sabitləşmə (OIS) və PDAF xüsusiyyətləri video çəkilişi və gecə fotoları zamanı əllərin titrəməsinin qarşısını alaraq görüntünü daha stabil edir. LED işıqlandırma, panoramik çəkiliş və HDR funksiyaları ilə daha parlaq və detallı şəkillər çəkə bilərsiniz.16 MP geniş bucaqlı ön kamera ilə yüksək keyfiyyətli selfie-lər və portretlər çəkə bilərsən.
Gündüz və gecə çəkilişi: keyfiyyətdəki real fərq
Kameraların potensialı ən çox ekstremal şəraitdə, yəni parlaq günəşdə və tam gecə qaranlığında ortaya çıxır.
- Gündüz, yaxşı işıqlandırma şəraitində hər iki kamera yüksək detallı fotolar çəkir. Lakin Honor X9d-nin güclü prosessoru və təkmilləşdirilmiş emal alqoritmləri rəngləri daha canlı, daha balanslı şəkildə emal edir. HDR funksiyası ilə işləyəndə X9d-nin nəticələri daha cəlbedici olur.
- Gecə fotolarında Honor X9d açıq-aydın qalibdir. OIS gecə rejimində kameraya daha uzun müddət işıq toplamağa imkan verir. Bu, fotonun aydınlığını və parlaqlığını artırır.
- AI və Prosessor: Snapdragon 6 Gen 4 prosessorun səs-küyün azaldılması və obyektlərin emalı daha effektivdir. Nəticədə, Honor X9d ilə çəkilən gecə fotoları honor X9b imkanları ilə müqayisədə daha aydın və dəqiq çıxır.
Portret çəkimləri zamanı hər iki cihaz fonu uğurla bulanıqlaşdırır. Lakin, Honor X9d-nin daha müasir Snapdragon 6 Gen 4 prosessoru sayəsində AI rejimləri daha sürətli işləyir və HDR emalını daha dəqiq aparır.
Əgər siz tez-tez aşağı işıq şəraitində və ya hərəkətdə video çəkirsinizsə, Honor X9d-nin OIS dəstəyi sizin üçün əvəzsiz bir yenilik olacaq.
Avtonomluq və sürətli şarj: hansı telefon daha uzun müddət işləyir?
- Honor X9d specs fantastik 8300 mAh batareya həcmi ilə təchiz edilib. Bu, smartfon bazarında nadir görünən bir rəqəmdir və Honor X9d rəylər siyasında ən çox qeyd edilən müsbət cəhətlərdən biridir.
- Honor X9b-nin 5800 mAh batareyası da əla göstərici olsa da, X9d modeli onu geridə qoyur.
- Hər iki cihazda çıxarılabilən batareya yoxdur, lakin Li-lon/Li-Po batareya növü ilə uzunmüddətli enerjiyə qənaət rejimləri mövcuddur.
Avtonomluq ilə yanaşı, şarj sürəti də vacibdir. Hər iki model USB Type-C Enerji toplama növündən istifadə edir.
Honor X9d 66 Vt Enerji yığma gücü ilə təchiz edilib, Honor X9 b isə 35 Vt. Bu o deməkdir ki, nəhəng 8300 mAh batareyaya sahib olmasına baxmayaraq, honor X9 d rəqibindən təxminən iki dəfə sürətli enerji yığma imkanına malikdir.
Məhsuldarlıq və prosessor imkanları
- Hər iki smartfonda giroskop, işıq sensoru və yaxınlaşdırma sensoru kimi zəruri funksiyalar var.
- Honor X9 b 2.2 GHz tezlikli və 8 nüvəli Qualcomm SM6450 Snapdragon 6 Gen 1 prosessoru ilə təchiz olunub. Android 13 əməliyyat sistemi müasir interfeys təmin edir.12 GB RAM ilə bu telefon, çoxlu tətbiqlə işləyərkən də problemsiz performans təklif edir.
- Honor X9d daha müasir və güclü Qualcomm Snapdragon 6 Gen 4 prosessorun növü ilə təchiz olunub. Digər modeldən həm sürət, həm də qrafik emal gücündə irəlidədir. Android 15 əməliyyat sistemi müasir interfeys və son yeniləmələrə çıxış təmin edir. 8 GB RAM ilə işləyərkən, Honor X9d-nin sürəti də çox yaxşıdır.
- Hər iki modelin 5G, Bluetooth və təkmilləşdirilmiş Wi-Fi modullarını dəstəkləməsi də onların yeniliklərə açıq olduğunu göstərir.
Qiymət, çatdırılma və kontakt.az üstünlükləri
Bütün bu texniki üstünlükləri nəzərə alsaq, Honor X9d-nin qiyməti Honor X9b-dən yüksək olacağı təbiidir, çünki X9d həm yenilik, həm də imkanları baxımından premium segmentə yaxınlaşır.
qiymət honor X9d 8/256 GB təxmini 799 AZN civarındadır.
qiymət honor X9b 12 GB / 256 GB təxmini 699 AZN civarındadır.
Hər iki modeli kontakt.az-dan almaq siə orijinal məhsul, rəsmi zəmanət, sərfəli qiymətləri və hissə-hissə ödəniş imkanları qazandıracaq. Kontakt.az həm Baku, həm də bütün Azerbaijan regionlarına sürətli çatdırılma xidmətini təklif edir.
Nəticə
- Əgər sənə nəhəng 8300 mAh batareya, ultra sürətli 66 Vt şarj, optik sabitləşmə (OIS) və ən müasir prosessor lazımdırsa, Honor X9d sənin üçün ideal seçimdir.
- 12 GB RAM və yaxşı kamera keyfiyyəti təklif edən, lakin qiyməti daha münasib olan etibarlı bir smartfon Honor X9b ən yaxşı seçimdir.
Paylaş