
Honor xarici istiqamətə qatlana biləcək smartfon üzərində çalışır
Çinli insayderlərdən biri adı çəkilməmiş sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Honor şirkətinin yeni qatlana bilən smartfionunun indeksini aşkar edib. Şirkətin yeni qatlana bilən smartfonu VCA-AN00 indeksinə sahibdir. İnsayderlərin verdikləri məlumata əsasən bu, daxili istiqamətə deyil, xarici istiqamətə qatlana bilən smartfondur. Bunun olacağı halda smartfon xarici ekrana sahib olmayacaq.
Belə ki, smartfon xarici istiqamətə qatlanacağı üçün daxili ekran xarici ekranı əvəz edəcək. Sözügedən yeni qatlana bilən smartfonun nə zaman təqdim olunacağı bilinmir. Lakin qeyd etmək lazımdır ki, 1 sentyabr tarixində IFA 2023 sərgisi start götürəcək və Honor həmin sərgidə iştirak edəcək. Artıq məlumdur ki, IFA 2023 çərçivəsində şirkət qatlana bilən Honor Magic V2 smartfonunun qlobal versiyasını təqdim edəcək. Heç istisna deyil ki, Honor IFA 2023-də daha bir yeni qatlana bilən smartfonu da təqdim etsin.
Paylaş
Bənzər xəbərlər