
Honor yeni orta büdcəli Honor X40i smartfonunu təqdim edib - QİYMƏTİ
Cihazlar+
13.07.2022
Emil
Honor şirkəti Honor X40i adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən smartfon böyük ölçülü ekran, 50 MP-lik əsas arxa kamera və orta səviyyədə batareya həcmi əldə edib. Beləliklə smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 2388x1080 piksel keyfiyyətli 6.7 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonda mono səsgücləndiricilər reallaşdırılıb. Bununla belə onda kontaktsız ödənişlər üçün NFC çipi mövcud deyil.

Əsas texniki göstəricilərə gəldikdə isə Honor X40i modeli 8 nüvəli MediaTek Dimensity 700 prosessoru, 8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameraları ilə ön kamerası 1080p və 720p keyfiyyətində videolar çəkə bilirlər. Honor X40i Magic UI 6.1 interfeysli Android 12 vasitəslə çalışır. Smartfonun satışlarına Çində artıq start verilib. Heç istisna deyil ki, qlobal bazarda sözügedən smartfon tam fərqli adla satışa çıxsın. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimidir:
- 8 GB RAM + 128 GB yaddaş - 238$
- 8 GB RAM + 256 GB yaddaş - 268$
- 12 GB RAM + 256 GB yaddaş - 297$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
