main-post-cover

    Honor yeni qatlana bilən smartfonu Magic Vs-i təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    23.11.2022
    Farid Pardashunas
        Honor şirkəti ilin əvvəlində təqdim edilmiş qatlana bilən Magic V smartfonunun təkmilləşdirilmiş versiyasını təqdim edib. Söhbət, Magic Vs-dən gedir. Yeni qatlana bilən smartfon daha güclü prosessor böyük həcmli batareya, təkmilləşdirilmiş kameralar və yenilənmiş gövdə konstruksiyası əldə edib. Magic Vs-in gövdəsi maqnezium ərintisindən hazırlanıb. Buna görə də onun çəkisi cəmi 261 qramm təşkil edir. Bununla yanaşı şirkət smartfonun şarnir mexanizmini bir qədər sadələşdirib. Bunun sayəsində smartfon daha etibarlı və axıcı şəkildə qatlana bilir.
        Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1080 piksel keyfiyyətli 6.45 düym xarici OLED ekran və 90 Hz-lik təsvir yenilənməsinə sahib 2K+ keyfiyyətli 7.9 düym daxili OLED ekran ilə təchiz olunub. Xarici ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, daxili ekranın maksimal parlaqlıq səviyyəsi isə 800 nit təşkil edir. Həm daxili həm də xarici ekran HDR10+ texnologiyasını dəstəkləyir. Bununla yanaşı smartfonun ekranları stilus dəstəyini özlərində birləşdirirlər.
        Əsas texniki göstəricilərə gəldikdə isə Magic Vs smartfonu Snapdragon 8+ Gen 1 prosessoru, 8/12 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 54 MP + 54 MP (120 dərəcə bucaq əhatəsi) + 8 MP (3 qat optik zoom) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MagicOS 7.0 interfeysli Android 13 vasitəilə çalışır. Magic Vs 30 noyabr tarixində Çində satışa çıxacaq. Onun qlobal versiyası isə 2023-cü ilin birinci yarısında satışa çıxacaq. Smartfonun Çin bazarındakı satış qiymətləri aşağıdakı kimi olacaq:
    - 8 GB RAM + 256 GB yaddaş - 1050$
    - 12 GB RAM + 256 GB yaddaş - 1120$
    - 12 GB RAM + 512 GB yaddaş - 1260$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər