Logo
    main-post-cover

    Honor yeni qatlana bilən smartfonunun təqdimat tarixini elan edib

    Cihazlar+
    10.11.2022
    Emil
        Honor şirkəti yeni qatlana bilən smartfonunun təqdimat tarixini elan edib. Söhbət, Honor Magic Vs smartfonundan gedir. Şirkətin verdiyi məlumata əsasən yeni qatlana bilən Honor Magic Vs 23 noyabr tarixində təqdim ediləcək. Həmin gündə həmçinin Honor 80 flaqman smartfon seriyasının təqdim ediləcəyi də gözlənilir. Honor tərəfindən təqdim edilmiş tizer posterinə əsasən qatlana bilən smartfon planşet dizaynında reallaşdırılacaq və böyük ölçülü ekran ilə təchiz olunacaq. Ekran ətrafında metal materialdan hazırlanmış çərçivələr yerləşdiriləcək. Çox güman ki, Magic Vs smartfonu daxili istiqamətə qatlanma mexanizminə sahib olacaq. Bəzi məlumatlara əsasən yeni qatlana bilən smartfon Snapdragon prosessoru və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər