Logo
    main-post-cover

    Honor yeni qatlana bilən smartfonunun təqdimatını anons edib

    Cihazlar+
    31.08.2023
        Honor şirkəti növbəti təqdimat tədbirini anons edib. Şirkətin yeni təqdimat tədbiri 13 sentyabr tarixində Çində baş tutacaq. Şirkət tərəfindən təqdim edilmiş tizer fotoya əsasən tədbirdə yeni qatlana bilən smartfon təqdim ediləcək. Lakin söhbətin hansı qatlana bilən smartfondan getdiyi barəsində məlumat verilməyib. Sadəcə güman etmək olar ki, söhbət, ya Honor Magic Vs 2-dən ya da iyul ayında təqdim edilmiş Honor Magic V2-nin sadələşdirilmiş versiyasından gedir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor yeni qatlana bilən smartfonunun təqdimatını anons edib | Technote