HONOR Yeni Zərif HONOR X8d Modelini Təqdim Etdi
Qlobal AI cihaz ekosistemi şirkəti HONOR bu gün X Seriyası ailəsinin ən yeni üzvü olan HONOR X8d smartfonunu təqdim etdi. İstifadəçilərə optimal təcrübə təqdim etmək üçün dizayn edilən HONOR X8d ultra-nazik korpusu, güclü 7000 mAh batareyası və inkişaf etmiş AI funksiyaları ilə seçilir.
Ultra-nazik dizayn və sinfində lider batareya ömrü
Cəmi 7.5 mm qalınlığında, yüngül və zərif dizayna malik HONOR X8d rahat tutuşu və premium görünüşü mükəmməl şəkildə birləşdirir. 7000 mAh tutumlu batareya ilə təchiz olunan cihaz öz qiymət seqmentində TÜV Rheinland tərəfindən təsdiqlənmiş 52 saatlıq batareya ömrü və 6 il davamlılıq təqdim edir. Test nəticələrinə əsasən, cihaz bir dəfə şarjla 31 saata qədər video izləmə imkanı yaradır.
Çoxnöqtəli temperatur nəzarəti sayəsində batareya –20°C-dən +45°C-yə qədər temperatur aralığında stabil işləyir və müxtəlif çətin mühitlərdə etibarlı performans göstərir. 45W HONOR SuperCharge sürətli şarj texnologiyası isə batareyanın qısa müddətdə yenidən enerji ilə təmin olunmasına imkan verir.
Yeni AI təcrübəsi üçün funksional AI düyməsi
HONOR X8d modelində təqdim olunan Instant AI Button sayəsində istifadəçilər tamamilə yeni AI qarşılıqlı əlaqə təcrübəsi əldə edirlər. Korpusun yan hissəsində yerləşən bu fiziki düymə ilə bir toxunuşla AI funksiyalarina keçid, sistemin təmizlənməsi və sürətləndirilməsi, həmçinin tez-tez istifadə olunan tətbiqlərin açılması mümkündür.
Düymə 3 fərqli toxunuş ilə fərdiləşdirilə bilər; qısa, ikili və uzun toxunuş. Bu düymə ilə Circle-to-Search və Google Gemini Assistant kimi qabaqcıl AI funksiyaları aktivləşir və daha fərdiləşdirilmiş, rahat istifadə imkanı yaradır. Android 16 əsaslı MagicOS 10 ilə çalışan HONOR X8d, Magic Capsule, Magic Portal, AI Memories, AI Settings Agent və Blur Private Info kimi əlavə ağıllı funksiyalarla həm iş, həm də gündəlik həyat üçün ideal tərəfdaşdır.
Hərtərəfli qoruma ilə yüksək davamlılıq
Ultra-nazik və yüngül dizaynına baxmayaraq, HONOR X8d SGS Premium Performance Drop & Crush Resistance sertifikatı ilə 2 metrə qədər düşmələrə davamlıdır. IP65 suya davamlılıq dərəcəsi sayəsində cihaz yuyulma, sıçrama və hətta yüksək təzyiqli su axını kimi çətin şəraitlərə asanlıqla tab gətirir.
HONOR X8d 0.5 metr dərinlikdə 2 dəqiqəyə qədər suya salınma testindən uğurla keçib və müxtəlif situasiyalarda etibarlı istifadə üçün nəzərdə tutulub. Wet-Hand Touch Enhancement texnologiyası isə nəm barmaqlarla belə ekranın rahat istifadəsini təmin edir.
AI əsaslı peşəkar fotoqrafiya təcrübəsi
108 MP Ultra-Clear AI Kamera ilə təchiz olunan HONOR X8d yüksək detallı, parlaq və dəqiq fotolar çəkir – istər gündüz, istərsə də gecə çəkilişlərində mükəmməl nəticə təqdim edir. 3x Lossless Zoom funksiyası müxtəlif fokus məsafələri ilə yaradıcı kadrlara imkan verir.
HONOR Connection texnologiyası sayəsində HONOR X8d fərqli sistemlər arasındakı baryeri aradan qaldıraraq iOS cihazlarına canlı fotoların problemsiz ötürülməsini təmin edir. Bundan əlavə, AI Eraser, AI Upscale, AI Cutout və AI Outpainting kimi AI foto funksiyaları şəkillərin asan və sürətli redaktəsini mümkün edir.
Daha üstün təcrübə üçün gücləndirilmiş texniki imkanlar
HONOR X8d 6.77 düymlük OLED ekran ilə təchiz olunub və 1.07 milyard rəng, 120 Hz yenilənmə tezliyi və 3000 nit pik HDR parlaqlıq dəstəyi ilə son dərəcə axıcı və canlı görüntü təqdim edir.
Ekran həmçinin 3840 Hz PWM Risk-free Dimming, Circadian Night Display, Dynamic Dimming, Comfortable Dim-light Adjustment, Low Blue Light və E-Book Mode daxil olmaqla 6 göz qoruma texnologiyası ilə istifadəçi sağlamlığını ön planda tutur.
Snapdragon 6s 4G Gen 2 prosessoru isə sistemin daha axıcı işləməsini və yüksək qrafik performansı təmin edir.
Rəng seçimləri, qiymət və satışa çıxma
İstifadəçilərin fərqli üslub seçimlərini nəzərə alaraq, HONOR X8d Açıq Mavi, Məxməri Qara və Məxməri Boz rənglərdə təqdim edilib.
6 fevral tarixindən etibarən HONOR X8d modeli Azərbaycanda Irşad, Soliton, Baku Electronics, Kontakt Home, Birmarket, Smart Electonics və ByTelecom mağazalarında iki yaddaş həcmində satışa çıxarılıb: 8 GB + 128 GB – 579.99 AZN, 8 GB + 256 GB – 649.99 AZN.
Paylaş
Bənzər xəbərlər