Logo
    main-post-cover

    HP Omen 17 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.04.2024
    Farid
         HP şirkəti özünün Omen adlı gaming noutbuk seriyasının yeni modelini təqdim edib. Yeni model HP Omen 17 2024 adlanır. Bu noutbuk bir neçə prosessor və videokart versiyasında təqdim edilib. Beləliklə HP Omen 17 2024 noutbuku 48 Hz-dən 240 Hz-ə kimi təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 17.3 düym ekranla təchiz olunub. Noutbukun AMD  Ryzen 5 8645HS, Ryzen 7 8845HS və ya Ryzen 9 8945HS prosessoruna sahib versiyasını seçmək olar.
         Videokart mövzusuna gəldikdə isə alıcılara NVIDIA GeForce RTX 4050, RTX 4060 RTX 4070 videokartları arasında seçim etmək təklif edilir. Noutbuk həmçinin özündə DDR5-5600 standartlı 16/32 GB RAM-ı və 512 GB/1 TB SSD-ni birləşdirir. Noutbukun batareya həcmi isə 83 vatt saat təşkil edir. Bütün əsas girişlər noutbukun arxa hissəsində yerləşirlər. Onun kənar hissələrində isə USB-A, Ethernet girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş yerləşirlər. HP Omen 17 2024 artıq satışa çıxıb və onun qiyməti 1350$-dan start götürür.
    Paylaş