HP Omen 25 gaming monitoru təqdim edilib - QİYMƏTİ
     HP şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru HP Omen 25 adlanır. Beləliklə bu yeni monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99.5%-ni, DCI-P3 rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4, USB-A, USB-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. HP Omen 25 gələn ay satışa çıxacaq və onun qiyməti 419$ təşkil edəcək.
Paylaş