
HP OMEN 27qs G2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.01.2025
Emil
HP şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru HP OMEN 27qs G2 adlanır. Bu yeni monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI 2.0, DisplayPort 1.4, USB-B, USB-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi əldə edib. HP OMEN 27qs G2-nin bu ilin iyun ayında satışa çıxacağı gözlənilir. Onun qiyməti isə 150$ təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
