
HP Omen D27qs monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.04.2024
Farid
HP şirkəti özünün Omen monitor seriyasının büdcəli modelini təqdim edib. Şirkətin yeni büdcəli monitoru HP Omen D27qs adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekran 8 bit-lik rənglərin dəstəyinə sahibdir. Üstəlik monitor özündə göy işıq səviyyəsinin aşağı salınması ayarlarını və gecə rejimini birləşdirir. Monitor HDMI və DisplayPort girişlərinə sahibdir. Xüsusi dayaq vasitəsilə isə ekranın əyilmə bucağını -5 dərəcədən +20 dərəcəyə kimi diapazonda ayarlamaq olar. HP Omen D27qs artıq Çində 124$-a satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
