
HP Omen Transcend 32 gaming monitoru təqdim edilib
Cihazlar+
09.01.2024
Emil
HP şirkəti CES 2024 sərgisi çərçivəsində öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor HP Omen Transcend 32 adını əldə edib. Beləliklə HP Omen Transcend 32 gaming monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym LG QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir və o, Dolby Vision ilə DisplayHDR True Black 400 sertifikatlarına sahibdir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir. Üstəlik monitor AMD FreeSync Premium Pro texnologiyasının dəstəyinə sahibdir və özündə iki ədəd HDMI 2.1, DisplayPort 2.1, bir neçə ədəd USB 3.2 Type-C (hər biri 15 vatt çıxış gücünə sahib), USB 3.2 Type-A və 140 vatt çıxış gücünə sahib DisplayPort rejimli USB Type-C girişlərini əldə edib. HP Omen Transcend 32-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində bir məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
