Logo
    main-post-cover

    HP OmniBook X təqdim edildi

    Cihazlar+
    17.08.2026
    Sevinj
        HP 2026-cı il noutbuk xəttini yeni OmniBook X modeli ilə genişləndirib. Peşəkar istifadəçilərə yönəlmiş noutbuk qeyri-adi dizayn həlləri əvəzinə performans, ekran, klaviatura, batareya və bağlantı imkanları kimi əsas xüsusiyyətlərə fokuslanır. OmniBook X alüminium korpusa sahibdir və təxminən 1,32 kq çəkisi ilə daşınması rahat modellər sırasındadır. Korpusun qalınlığı isə cəmi 12,6 mm təşkil edir. Noutbukun əsas üstünlüklərindən biri 14 düymlük ekranıdır. Ən yüksək konfiqurasiyada OmniBook X 3K OLED sensor ekran, 120 Hz yenilənmə tezliyi və HDR rejimində 1100 nitə qədər parlaqlıq təklif edir. Ekran DCI-P3 rəng diapazonunun 100 %-ni əhatə edir. HP daha münasib qiymətli versiyalar üçün 2K IPS LCD və OLED ekran seçimləri də təqdim edir.
    The HP Omnibook X's side profile.
        Sınaqdan keçirilən versiya Intel Core Ultra X9 388H, 32 GB operativ yaddaş və inteqrasiya edilmiş Intel Arc B390 qrafik prosessoru ilə təchiz olunub. 16 nüvəli prosessor gündəlik işlərlə yanaşı, böyük həcmli foto emalı və 4K video montajı kimi daha ağır tapşırıqların da öhdəsindən rahatlıqla gəlib. Intel Arc B390 inteqrasiya edilmiş qrafika olmasına baxmayaraq, oyunlarda da kifayət qədər yüksək nəticə göstərib. Cyberpunk 2077 oyunu 1080p, yüksək qrafik parametrləri və Intel XeSS Frame Generation aktiv olduğu halda orta hesabla 81 FPS nəticə göstərib. Aşağı səviyyəli ray tracing parametrlərində isə göstərici 45 FPS olub. Bu səbəbdən OmniBook X oyun noutbuku hesab edilməsə də, yüngül oyunlar, media emalı və süni intellekt tapşırıqları üçün kifayət qədər güclü qrafik imkanlara malikdir.
        HP bağlantı imkanlarına da xüsusi diqqət ayırıb. Noutbukda hər iki tərəfdə USB-C və USB-A portları, həmçinin HDMI və 3,5 mm qulaqlıq girişi mövcuddur. Peşəkar istifadəçilər üçün çatışmayan əsas detal isə SD kart oxuyucusudur OmniBook X-in klaviaturası və böyük haptik touchpad-i də modelin güclü tərəfləri arasındadır. Haptik sistem sayəsində touchpad-in bütün səthinə klik etmək mümkündür və burada zamanla aşına biləcək klassik mexaniki klik mexanizmi istifadə edilmir. Noutbuk 5 MP veb-kamera ilə təchiz olunub. Səs üçün isə iki aşağı istiqamətli dinamikdən istifadə edilir. Testdə dinamiklərin gündəlik istifadə üçün kifayət etdiyi, lakin premium rəqiblərdəki dörd dinamikli sistemlərlə müqayisədə zəif qaldığı qeyd olunur.
        Batareya testində OmniBook X 18 saat 25 dəqiqə işləyə bilib. Bu, HP-nin açıqladığı maksimum 29 saatlıq göstəricidən xeyli aşağı olsa da, noutbukun normal istifadə zamanı iki iş gününə yaxın işləməsinə imkan verir. Komplektdə təqdim edilən 65 Vt GaN adapter isə batareyanı təxminən 45-46 dəqiqəyə 50 %-ə qədər doldura bilir. OmniBook X-in baza versiyası hazırda ABŞ-də kampaniya çərçivəsində 900 dollara təklif olunur. Bu versiyada Intel Core Ultra 5 prosessoru və 16 GB RAM mövcuddur. Modelin standart başlanğıc qiyməti isə 1400 dollar səviyyəsindədir. Daha güclü Core Ultra 7 və Core Ultra X9 konfiqurasiyaları da seçilə bilir.
    Paylaş