
HP Series 5 Pro professional monitoru təqdim edilib
Cihazlar+
19.03.2025
Emil
HP şirkəti multimedia kontentləri ilə çalışan professional istifadəçilər üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru HP Series 5 Pro adlanır. Beləliklə bu yeni monitor 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor DisplayPort 1.2, HDMI 1.4, USB-A 3.2 və USB-B girişlərini əldə edib. HP Series 5 Pro-nun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
HP OMEN 27qs G2 gaming monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru HP OMEN 27qs G2 adlanır.

Cihazlar+
HP ZBook Ultra 14 G1a noutbuku təqdim edilib
HP şirkəti HP ZBook Ultra 14 G1a adlı yeni noutbukunu təqdim edib. Bu yeni noutbuk nazik gövdəsi və güclü texniki imkanları ilə seçilərək süni zəka ilə çalışma, məlumatların emalı layihələri və 3D modelləşdirmə kimi professional tapşırıqların yerinə yetirilməsinə istiqamətlənib.

Cihazlar+
HP Star Studio X 27 monoblok kompüteri təqdim edilib - QİYMƏTİ
HP şirkəti Çində Star Studio X 27 adlı yeni monoblok kompüterini təqdim edib.

Cihazlar+
Büdcəli HP Pavilion Vision Pro monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru HP Pavilion Vision Pro adlanır.

Cihazlar+
HP Series 7 Pro 724pn monitoru təqdi edilib - QİYMƏTİ
HP şirkəti bir neçə gün bundan öncə professionallar üçün nəzərdə tutulmuş HP Series 7 Pro Monitor 738pu adlı 37.5 düym ekrana sahib monitorunu təqdim etdi. İndi isə şirkət daha bir yeni monitorunu təqdim edib. Yeni monitor HP Series 7 Pro 724pn adlanır.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
