
HP Series 7 Pro Monitor 738pu monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.05.2024
Emil
HP şirkəti professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Series 7 Pro Monitor 738pu adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x1600 piksel keyfiyyətli 37.5 düym IPS Black ekranla təchiz olunub. Monitorun özü əyilmiş dizayna sahibdir. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 8 bit-lik rəngləri dəstəkləyir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, Thunderbolt 4, USB 3.2 Gen 2 Type-C və USB 3.2 Gen 2 Type-A girişlərini birləşdirir. USB 3.2 Gen 2 Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Üstəlik monitor 4 ədəd səsgücləndirici ilə təchiz olunub. HP Series 7 Pro Monitor 738pu artıq 1249$ qiymətində satışa çıxıb.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş HP 727pu monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.

Cihazlar+
HP Omen 17 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
HP şirkəti özünün Omen adlı gaming noutbuk seriyasının yeni modelini təqdim edib. Yeni model HP Omen 17 2024 adlanır.

Cihazlar+
HP Series 7 Pro monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Series 7 Pro adlanır.

Cihazlar+
HP Omen D27qs monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti özünün Omen monitor seriyasının büdcəli modelini təqdim edib.

Cihazlar+
Ofis işləri üçün HP Z34c G3 WQHD monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Z34c G3 WQHD adlanır. Bu monitor ofis işlərinin görülməsi üçün nəzərdə tutulub.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
