
HP Series 7 Pro monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
18.04.2024
Farid
HP şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Series 7 Pro adlanır. Beləliklə bu yeni monitor 4K keyfiyyətli 31.5 düym IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, 10 bit-lik rəngləri dəstəkləyir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Üstəlik monitor VESA DisplayHDR 400 sertifikatına sahibdir. Monitor Thunderbolt 4 girişinə sahibdir və onun sayəsində monitora ikinci 4K monitoru qoşmaq olar. Digər girişlərə gəldikdə isə HP Series 7 Pro USB-C, USB-B, USB-A 3.2, HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək olar. Bunun üçün o, 100 vatt çıxış gücünə sahibdir. Monitor artıq Çində 967$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
HP Omen D27qs monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti özünün Omen monitor seriyasının büdcəli modelini təqdim edib.

Cihazlar+
Ofis işləri üçün HP Z34c G3 WQHD monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Z34c G3 WQHD adlanır. Bu monitor ofis işlərinin görülməsi üçün nəzərdə tutulub.

Cihazlar+
HP Omen Transcend 32 gaming monitoru təqdim edilib
HP şirkəti CES 2024 sərgisi çərçivəsində öz yeni gaming monitorunu təqdim edib.

Cihazlar+
HP yeni gaming monitorunun təqdimatına hazırlaşır
HP şirkəti yeni gaming monitorunu təqdim etməyə hazırlaşır. Şirkətin yeni gaming monitoru HP Omen Transcend 32 adını əldə edəcək.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra-nın render fotoları ortaya çıxıb
