![main-post-cover](https://static.technote.az/media/posts/thumbnail/HP_Star_Studio_X_27_900.jpeg)
HP Star Studio X 27 monoblok kompüteri təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.08.2024
Emil
HP şirkəti Çində Star Studio X 27 adlı yeni monoblok kompüterini təqdim edib. Beləliklə HP-nin bu yeni monoblok kompüteri 4K keyfiyyətli 27 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit təşkil edir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Üstəlik monitorun yuxarı hissəsinin daxilinə 5 MP-lik veb kamera inteqrasiya edilib. Sözügedən veb kamera lazım olan zaman gövdə daxilindən xaricə çıxır. Bu yeni monoblok Intel Core Ultra 5 125H prosessoru vasitəsilə çalışır və özündə DDR5–5600 standartlı 16 GB RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Monoblok özündə USB-C, USB-A, HDMI girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. HP Star Studio X 27 monobloku 16 avqust tarixində Çində satışa çıxacaq və onun qiyməti 1047$ təşkil edəcək. Monoblokun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
![](https://static.technote.az/media/media/2024/08/13/hp_star_studio_x_27_831865fdkvlpte.jpg)
Paylaş
Bənzər xəbərlər
![budceli-hp-pavilion-vision-pro-monitoru-teqdim-edilib-qiymeti](https://static.technote.az/media/posts/thumbnail/HP_Star_Vision_Pro_3a2314f0.jpeg)
Cihazlar+
Büdcəli HP Pavilion Vision Pro monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru HP Pavilion Vision Pro adlanır.
![hp-series-7-pro-724pn-monitoru-teqdi-edilib-qiymeti](https://static.technote.az/media/posts/webp/hp_rjfbrf.webp)
Cihazlar+
HP Series 7 Pro 724pn monitoru təqdi edilib - QİYMƏTİ
HP şirkəti bir neçə gün bundan öncə professionallar üçün nəzərdə tutulmuş HP Series 7 Pro Monitor 738pu adlı 37.5 düym ekrana sahib monitorunu təqdim etdi. İndi isə şirkət daha bir yeni monitorunu təqdim edib. Yeni monitor HP Series 7 Pro 724pn adlanır.
![hp-series-7-pro-monitor-738pu-monitoru-teqdim-edilib-qiymeti](https://static.technote.az/media/posts/webp/665588fb62fabhp-series-7-pro-738-pu-logo.webp)
Cihazlar+
HP Series 7 Pro Monitor 738pu monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti professionallar üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru HP Series 7 Pro Monitor 738pu adlanır.
![media-kontentlerle-calismaq-ucun-nezerde-tutulmus-hp-727pu-monitoru-teqdim-edilib-qiymeti](https://static.technote.az/media/posts/webp/hp_bashligi.webp)
Cihazlar+
Media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş HP 727pu monitoru təqdim edilib - QİYMƏTİ
HP şirkəti müxtəlif media kontentlərlə çalışmaq üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.
![hp-omen-17-2024-gaming-noutbuku-teqdim-edilib-qiymeti](https://static.technote.az/media/posts/webp/hp_bashligi.webp)
Cihazlar+
HP Omen 17 2024 gaming noutbuku təqdim edilib - QİYMƏTİ
HP şirkəti özünün Omen adlı gaming noutbuk seriyasının yeni modelini təqdim edib. Yeni model HP Omen 17 2024 adlanır.
Ən çox oxunanlar
![Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!](https://static.technote.az/media/posts/thumbnail/WhatsApp_Image_2025-01-31_at_11.00.17.jpeg)
Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!
![Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək](https://static.technote.az/media/posts/thumbnail/1_ObZQQZJeFB3oOo-hLwpdVQ.jpeg)