main-post-cover

    HP yeni gaming monitorunun təqdimatına hazırlaşır

    Cihazlar+
    21.12.2023
    Emil Nəcəfov
         HP şirkəti yeni gaming monitorunu təqdim etməyə hazırlaşır. Şirkətin yeni gaming monitoru HP Omen Transcend 32 adını əldə edəcək. Məlumata əsasən bu monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym OLED ekranla təchiz olunacaq və RGB işıqlandırmaya sahib olacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1000 nit təşkil etməli və özündə AMD FreeSync ilə Dolby Vision texnologiyalarının dəstəklərini birləşdirməlidir. Monitor DisplayPort 2.1, HDMI 2.1, USB 3.2 Type-AUSB-C 3.2 Type-C girişlərinə sahib olacaq. HP Omen Transcend 32 monitorunun nə zaman təqdim olunacağı bilinmir. Lakin çox güman ki, bu, gələn keçiriləcək CES 2024 sərgisində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər