main-post-cover

    HTC-nin hansı yeni smartfonu təqdim edəcəyi məlum olub

    Cihazlar+
    07.06.2024
    Emil Nəcəfov
         HTC şirkəti dünən yeni smartfonunun təqdimatını anons etdi. Şirkətin yeni smartfonu 12 iyun tarixində Tayvanda təqdim olunacaq. Lakin dünənki anons çərçivəsində şirkət yeni smartfonun adını açıqlamadı. İndi isə HTC tərəfindən təqdim edilmiş foto sayəsində yeni smartfonun adı məlum olub. Beləliklə şirkətin 12 iyun tarixində təqdim edəcəyi yeni smartfon HTC U24 adlanacaq. Təqdim edilmiş fotoda 24U yazısı buna işarə edir. Təqdim ediləcək HTC U24 keçən ilki HTC U23-ün davamçısı olacaq. Tizer fotodan belə qənaətə gəlmək olar ki, HTC U24 smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək. Böyük ehtimalla sözügedən yeni smartfon Snapdragon prosessoru vasitəsilə çalışacaq və smartfonun gövdəsi keçən ilki HTC U23 kimi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, şirkət 12 iyun tarixində HTC U24 ilə yanaşı həmçinin HTC U24 Pro modelini də təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HTC öz yeni smartfonunun təqdimatını anons edib
    htc-oz-yeni-smartfonunun-teqdimatini-anons-edib
    HTC-nin yeni smartfonunun ön panel dizaynı və bəzi texniki özəllikləri ortaya çıxıblar
    htc-nin-yeni-smartfonunun-on-panel-dizayni-ve-bezi-texniki-ozellikleri-ortaya-cixiblar
    HTC-nin hazırladığı yeni orta büdcəli smartfon Geekbench testlərindən keçib
    htc-nin-hazirladigi-yeni-orta-budceli-smartfon-geekbench-testlerinden-kecib