HTC-nin hazırladığı yeni orta büdcəli smartfon Geekbench testlərindən keçib
Cihazlar+
29.04.2024
Farid Pardashunas
HTC şirkətinin hal-hazırda əsas gəlir mənbəyinin VR sahəsi olmasına baxmayaraq şirkət yeni smartfonların hazırlanması ilə məşğul olmağa davam edir. Məlum olub ki, şirkət yeni orta büdcəli smartfonu üzərində çalışır və o, Geekbench testlərindən keçib. Beləliklə Geekbench məlumatlarına əsasən HTC-nin yeni orta büdcəli smartfonu 2QDA100 model nömrəsinə sahibdir. Geekbench-də qeyd edilib ki, sözügedən smartfon özündə 8 nüvəli prosessoru birləşdirir və prosessorun kod adı crow-dur.
Qeyd etmək lazımdır ki, bu kod adı Snapdragon 7 Gen 3 prosessoruna məxsusdur. Bununla yanaşı Geekbench sayəsində məlum olub ki, smartfon 12 GB RAM-a sahibdir və o, Android 14 vasitəsilə çalışır. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1095 xal, çox nüvəli testi çərçivəsində isə 3006 xal toplayıb. Çox güman ki, yeni smartfon demək olar 1 il bundan öncə təqdim edilmiş HTC U23-ün davamçısı olacaq. HTC-nin yeni orta büdcəli smartfonunun yay fəslində təqdim olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!