main-post-cover

    HTC-nin yeni smartfonunun ön panel dizaynı və bəzi texniki özəllikləri ortaya çıxıblar

    Cihazlar+
    01.05.2024
    Farid Pardashunas
         Bir neçə gün bundan öncə məlum oldu ki, HTC şirkəti yeni orta büdcəli smartfonu üzərində çalışır. Şirkətin yeni smartfonu hətta Geekbench testlərindən də keçib. Hazırlanan yeni smartfonun keçən il təqdim edilmiş HTC U23-ün davamçısı olduğu güman edilir. İndi isə bu yeni smartfon Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində smartfonun ön paneldən dizaynı və bəzi texniki özəllikləri məlum olub. Beləliklə smartfon Google Play Console-da 2QDA100 model nömrəsi ilə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Geekbench testlərindən də bu model nömrəsinə sahib smartfon keçib.
         Google Play Console-dakı məlumatlara əsasən HTC-nin yeni orta büdcəli smartfonu 2436x1080 piksel keyfiyyətli ekrana sahib olacaq və Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 12 GB RAM-ı birləşdirəcək və o, qutudan Android 14-ü əldə edəcək. Google Play Console-da təqdim edilmiş fotoya əsasən HTC-nin yeni smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. HTC-nin yeni orta büdcəli smartfonunun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HTC-nin hazırladığı yeni orta büdcəli smartfon Geekbench testlərindən keçib
    htc-nin-hazirladigi-yeni-orta-budceli-smartfon-geekbench-testlerinden-kecib