HTC şirkəti gələn ay metakainat üçün premium smartfon təqdim edəcək

HTC şirkəti gələn ay metakainat üçün premium smartfon təqdim edəcək

Mobil Cihazlar
04.03.2022 PAYLAŞIM

    HTC şirkətinin top menecerlərindən biri MWC 2022 sərgisində bildirib ki, şirkət gələn ay metakainat üçün nəzərdə tutulmuş smartfon təqdim edəcək və həmin smartfon premium seqment üçün nəzərdə tutulacaq. Qeyd etmək lazımdır ki, bir vaxtlar mobil sektorun lider təmsilçilərindən olmuş HTC şirkəti hal hazırda əsas diqqətini VR texnologiyalara ayırıb. Şirkət MWC 2022 sərgisində Viverse adlı subbrendini təqdim edib və bu subbrend VR sahədə olan texnoloji həllərə yönəlik fəaliyyət göstərəcək.

    HTC-nin metakainat üçün premium smartfon satışa çıxartmaq niyyətini şirkətin Asiya-Sakit okean regionu üzrə rəhbəri Charles Huang bildirib. Təqdim olunacaq smartfon AR və VR tətbiqlərdən daimi istifadə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulacaq. O həmçinin bildirib ki, söhbət, məhz premium smartfondan gedir. Bu isə çox maraqlı faktordur. Belə ki, son illərdə HTC mobil bazarda əsasən orta büdcəli smartfonlarla çıxış edir. Hələ bir neçə müddət bundan öncə şirkət Exodus 1Exodus 1s adlı smartfonlarını təqdim etmişdi. Həmin smartfonlar blockchain texnologiyasına hədəflənmişdilər. Buna baxmayaraq onlar elə də geniş məşhurluq qazana bilmədilər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×