HTC U23 Pro-nun keyfiyyətli render fotosu təqdim edilib

HTC U23 Pro-nun keyfiyyətli render fotosu təqdim edilib

Mobil Cihazlar
15.05.2023 PAYLAŞIM

    Keçən həftənin sonunda HTC şirkəti öz yeni smartfonunun təqdimatını anons etdi. Söhbət, HTC U23 Pro-dan gedir. Smartfonun təqdimatı 18 may tarixində baş tutacaq. İndi isə insayderlər sözügedən smartfonun keyfiyyətli render fotosunu təqdim ediblər. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, HTC U23 Pro smartfonu yastı ekran və dördlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli IPS ekranı özündə birləşdirəcəyi gözlənilir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. İnsayderlərin sözlərinə əsasən HTC U23 Pro Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 8/12 GB RAM, 108 MP-lik əsas arxa kamera və 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×