HTC U23 smartfonu təqdim edilib

HTC U23 smartfonu təqdim edilib

Mobil Cihazlar
22.05.2023 PAYLAŞIM

    HTC şirkəti keçən həftə HTC U23 Pro adlı yeni smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun bir qədər sadələşdirilmiş versiyası olan HTC U23-ü təqdim edib. Xarici görünüşcə yeni smartfon demək olar HTC U23 Pro-ya bənzəyir. Onlar arasında əsas fərq onların kameralarında və daxili yaddaş həcmlərindədir. Beləliklə HTC U23 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym yastı OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekran üstəlik Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib.


    HTC U23-ün gövdəsi IP67 standartı üzrə sudan qorunur. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə, HTC U23 smartfonu Snapdragon 7 Gen 1 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP +2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. HTC U23 smartfonu Android 13 vasitəsilə çalışır. Smartfonun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat daha sonra veriləcək.



DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×