Logo
    main-post-cover

    HTC U24 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    12.06.2024
    Emil
         HTC şirkəti keçən həftə söz vermiş olduğu kimi bugün öz yeni smartfonunu təqdim edib. Şirkətin yeni smartfonu HTC U24 Pro adlanır. Bu yeni smartfon keçən ilki HTC U23 Pro-nun davamçısıdır. Beləliklə HTC U24 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.8 düym ölçülü OLED ekranla təchiz olunub. Ekran üstəlik Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi ilə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir.
         HTC U24 Pro smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 50 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə HTC U24 Pro 60 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. HTC U24 Pro artıq Tayvanda satışa çıxıb. Çox güman ki, müəyyən müddətdən sonra smartfon digər regionlarda da satışa çıxacaq. Tayvanda onun 256 GB daxili yaddaş həcminə sahib versiyası 585$-a, 512 GB daxili yaddaş həcminə sahib versiyası isə 650$-a satılır.
    Paylaş