HTC yeni smartfonu HTC U23 Pro-nu təqdim edib - QİYMƏTİ

HTC yeni smartfonu HTC U23 Pro-nu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
18.05.2023 PAYLAŞIM

    HTC şirkəti HTC U smartfon seriyasının son 3 ildə ilk smartfonunu təqdim edib. Söhbət, HTC U23 Pro-dan gedir. Sözügedən yeni smartfon dözümlü gövdəsi, yaxşı performansa sahib Snapdragon prosessoru və aktual olan interfeyslərin dəstəklənməsi ilə seçilir. Beləliklə HTC U23 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym yastı OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi isə IP67 standartı üzrə sudan qorunur.


    Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. HTC U23 Pro özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 7 Gen 1 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 108 MP + 8 MP + 5 MP + 2 MP dördlü arxa kamera, 32 MP-lik ön kamera və 30 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. HTC U23 Pro Android 13 vasitəsilə çalışır. Smartfonun satışlarına yaxın günlərdə start verilməlidir. 8 GB RAM-a sahib model 552$-a, 12 GB RAM-a sahib model isə 585$-a satılacaq.



DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×