
Huawei 3 qat qatlana bilən smartfonunun təqdimatının anons edib
Cihazlar+
02.09.2024
Emil
Huawei şirkəti növbəti təqdimat tədbirini anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən növbəti təqdimat tədbiri 10 sentyabr tarixində Çində baş tutacaq. Huawei 10 sentyabr tarixindəki tədbirdə hansı yeni məhsulların təqdim olunacaqlarını açıqlamayıb. Lakin HUAWEI Consumer Business Group-un rəhbəri Richard Yu minimum bir yeni məhsula işarə edən fikirlər səsləndirib. “5 il ərzində olmuş əziyyətlərdən və investisiyalardan sonra biz, elmi fantastikanı reallığa çevirə bildik. Siz, Huawei şirkətinin fəaliyyətinin yüksək nöqtəsini görəcəksiniz” - deyə Richard Yu qeyd edib. Kütləvi informasiya vasitələrinin fikirlərinə əsasən Richard Yu bu sözlərlə şirkətin 3 qat qatlana bilən smartfonunun təqdimatına işarə edib. Qeyd etmək lazımdır ki, artıq müəyyən müddətdir ki, Huawei şirkətinin bu cür smartfonun təqdimatına hazırlaşdığı məlumatları ortaya çıxıb.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
