Logo
    main-post-cover

    Huawei 5G dəstəkli çoxlu sayda smartfonu qeydiyyatdan keçirib

    Cihazlar+
    11.08.2023
    Emil
        Hələ bir neçə həftə bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti 5G dəstəkli yeni Kirin prosessorlarının istehsal edilməsi yolunu tapıb. İndi isə bu məlumatı təsdiqləyən bəzi sübutlar ortaya çıxmağa başlayıblar. Digital Chat Station ləqəbli məşhur insayder Huawei nova smartfon seriyasının gələcək modellərinin uzun siyahısını təqdim edib. Siyahıdakı smartfonlar Bluetooth texnologiyası üzrə tənzimləyici orqanda qeydiyyatdan keçirilib. Siyahıda nova 13, 14, 15 16 smartfon seriyaları əks olunublar. Bu smartfon seriyalarından hər biri minimum 3 modelə sahib olacaq.
        Qeydiyyatdan keçirilmiş smartfon seriyalarının adlarında olan AN hissəsi 5G dəstəyinə işarə edir. Qeyd etmək lazımdır ki, şirkət tərəfindən daha öncə qeydiyyatdan keçirilmiş və daha sonra satışa çıxmış smartfon seriyalarının qeydiyyat adlarının qarşısında AL hissəsi mövcud idi. AL isə 4G dəstəyini əks etdirən göstəricidir. Təqdim edilmiş yeni siyahıda flaqman smartfonların olmaması iki səbəbə işarə edə bilər. Birinci səbəb ondan ibarətdir ki, şirkət flaqman smartfonlarını ayrıca qeydiyyatdan keçirəcək. İkinci səbəb isə onda ola bilər ki, istehsalatları bərpa olunacaq yeni Kirin prosessorları flaqman smartfonlar üçün nəzərdə tutulmayacaq.
    Paylaş
    Bənzər xəbərlər