Logo
    main-post-cover

    Huawei 5G dəstəkli yeni qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    31.07.2023
    Emil
        Bu ilin mart ayında Huawei şirkəti Mate X3 adlı qatlana bilən smartfonunu təqdim etmişdi. İndi isə insayderlər bildiriblər ki, şirkət Mate X seriyasının daha bir modeli üzərində çalışır. Söhbət, Mate X3-ün daha təkmilləşdirilmiş versiyası olacaq Mate X3 Pro-dan gedir. Məlumatda qeyd edilib ki, Mate X3 Pro-nu adi Mate X3-dən fərqləndirəcək əsas özəllik 5G dəstəyi olacaq. Qeyd etmək lazımdır ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş sərt sanksiyalar səbəbilə Huawei 5G dəstəkli prosessorlardan istifadə edə bilmir. Məhz buna görə də adi Mate X3 modeli Snapdragon 8+ Gen 1-in 4G versiyası ilə təchiz olunur. Mate X3 Pro-nun isə hansı prosessor vasitəsilə çalışacağı bilinmir. Onun Huawei şirkətinin yeni Kirin prosessorunu əldə edəcəyi də istisna deyil. Mate X3 Pro-nun nə zaman təqdim ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər