
Huawei artıq Mate 70 flaqman smartfonlarının testlərinə start verib
Huawei şirkəti bu il Mate 70 smartfon seriyasını təqdim etməlidir. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət Mate 70 smartfon seriyası sentyabr ayında təqdim olunacaq. Bununla yanaşı insayderlərin sözlərinə əsasən Mate 70 smartfon seriyası həmin ay ərzində təqdim olunacaq iPhone 16-nı bəzi özəlliklər baxımından geridə qoyacaq. Məlumata əsasən Huawei artıq Mate 70 smartfonlarının şirkət daxili testlərini aparır. Gözləntilərə əsasən adi Mate 70 modeli 2K keyfiyyətli ekranı əldə edəcək və adı bilinməyən Kirin prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun 5G dəstəyinə sahib olacağı gözlənilir.
Paylaş