Logo
    main-post-cover

    Huawei Band 10 smart qolbağı təqdimata hazırlaşır

    Cihazlar+
    24.12.2024
    Emil
         Huawei şirkəti bu ilin mart ayında Huawei Band 9 adlı smart qolbağını təqdim etmişdi. İndi isə şirkət Huawei Band 10-un təqdimatına hazırlaşır. Bu yeni qolbağın mövcudluğu onun SDPPI TUV SUD adlı sertifikatlaşdırma agentliklərində ortaya çıxması ilə sübut edilib. Smart qolbaq NOR-B29 model nömrəsinə sahibdir. Sertifikatlaşdırma agentliklərindən birinin məlumatlar bazasında qeyd edilib ki, Huawei Band 10 smart qolbağının gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Huawei Band 9-un bu ilin mart ayında təqdim olunduğunu nəzərə alsaq, güman etmək olar ki, Huawei Band 10-un təqdimatı 2025-ci ilin mart ayında baş tutacaq.
    Paylaş