main-post-cover

    Huawei Band 9 smart qolbağı təqdim edilib

    Cihazlar+
    28.03.2024
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda Huawei Band 9 adlı yeni smart qolbağını təqdim edib. Bu yeni smart qolbaq dəbli dizaynı, yüngül gövdəsi və bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışma imkanı ilə seçilir. Beləliklə smart qolbaq 1.47 düym ölçülü ekranı əldə edib. Bununla yanaşı smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Onun çəkisi 14 qramm, gövdəsinin qalınlığı isə 8.9 mm təşkil edir.
         Huawei Band 9 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə bilir və üstəlik 100 ədəd idman rejimini dəstəkləyir. TruSleep 4.0 texnologiyası vasitəsilə ilə isə smart qolbaq yuxu prosesi ilə bağlı kompleksli məlumatları istifadəçiyə çatdıra bilir. Smart qolbaq bir dəfə şarj olunandan sonra adi rejimdə 14 gün ərzində, intensiv istifadə rejimində isə 9 gün ərzində çalışa bilir. Bununla yanaşı Huawei Band 9 sürətli şarj texnologiyasının dəstəyinə sahibdir və onun sayəsində 100% enerjini 45 dəqiqəyə yığa bilir. Smart qolbağın nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei nova 12 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    huawei-nova-12-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Huawei Band 9 smart qolbağının yeni fotoları təqdim edilib
    huawei-band-9-smart-qolbaginin-yeni-fotolari-teqdim-edilib
    Hazırlanan Huawei nova 12S smartfonu texniki imkanlar mövzusunda nova 11-in kopyası ola bilər
    hazirlanan-huawei-nova-12s-smartfonu-texniki-imkanlar-movzusunda-nova-11-in-kopyasi-ola-biler
    Hələ təqdim olunmamış Huawei Band 9-un xarici görünüşü sərgilənib
    hele-teqdim-olunmamis-huawei-band-9-un-xarici-gorunusu-sergilenib
    Huawei yaxın zamanda Samsung-u qatlana bilən smartfonlar bazarında geridə qoya bilər
    huawei-yaxin-zamanda-samsung-u-qatlana-bilen-smartfonlar-bazarinda-geride-qoya-bile