
Huawei Band 9 smart qolbağı üzərində çalışır
Cihazlar+
08.02.2024
Emil
Huawei öz yeni smart qolbağının təqdimatına hazırlaşır. Söhbət, Huawei Band 9-dan gedir. Belə ki, sözügedən smart qolbaq Malayziyanın SIRIM adlı tənzimləyici orqanın məlumatlar bazasında ortaya çıxıb. İnsayderlərin sözlərinə əsasən Huawei Band 8 ilə müqayisədə yeni smart qolbaq bir qədər böyük ölçülü ekranı əldə edəcək və bir dəfə şarj olunandan sonra bir neçə gün daha çox çalışa biləcək. Şirkətin yeni smart qolbağının texniki özəllikləri barəsində ətraflı məlumat yoxdur. Çətin ki, Huawei Band 9 xarici görünüşcə keçən ilki smart qolbaqdan fərqlənsin.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
