Logo
    main-post-cover

    Huawei Band 9 smart qolbağının yeni fotoları təqdim edilib

    Cihazlar+
    18.03.2024
         Keçən həftə Huawei şirkəti təqdimata hazırlaşan yeni smart qolbağının xarici görünüşünü sərgiləmişdi. Söhbət, Huawei Band 9-dan gedir. İndi isə WinFuture saytı sözügedən smart qolbağın yeni fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Huawei Band 9 smart qolbağı xarici görünüşcə Huawei Band 8-in kopyası olacaq. Texniki imkanlara gəldikdə isə məlumata əsasən Huawei Band 9 modeli 1.47 düym AMOLED ekranla təchiz olunacaq və özündə 180 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Huawei Band 9 smart qolbağının yeni fotoları təqdim edilib | Technote