main-post-cover

    Huawei bu il Mate 50 smartfon seriyasını təqdim etməyə bilər

    Cihazlar+
    17.06.2021
    Farid Pardashunas
        Çindən olan kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Huawei şirkəti bu il Mate 40 smartfon seriyasının davamçısını təqdim etməyəcək. Məlumatda qeyd edilib ki, bu, smartfonlar üçün olan detalların istehsalat məsələsində yaranmış problemlər ilə əlaqəlidir. Bu problemin yaranmasında əsas səbəb kimi isə ABŞ hökuməti tərəfindən qəbul edilmiş sanksiyalar göstərilir. Məlumata əsasən hal hazırda bazarda müşahidə olunan prosessor çatışmazlığının məsələ ilə əlaqəsi yoxdur.
        Huawei şirkətinin istehlakçı biznesinin prezidenti olan Yu Chengdong keçən ay bəzi əməkdaşlara etiraf etmişdi ki, ABŞ hökuməti tərəfindən qəbul edilmiş 4 raundlu sanksiyalar şirkətin istehlakçı biznesinə ciddi təsir göstərib. Onun sözlərinə əsasən məhz bu səbəbdən şirkətin bir çox məhsulu istehsal prosesinə keçid edə bilmir. Bundan əlavə olaraq verilmiş məlumatda qeyd edilib ki, 2013-cü ildən başlayaraq hər ilin payız fəslində təqdim olunan Mate seriyasının bu il yeni modelləri təqdim olunmayacaq.
        Yəni bu il Mate 50 seriyasını gözləmək lazım deyil. Gözləntilərə əsasən Huawei bu il əsas diqqətini məhz P50 flaqman seriyasına yönəldəcək. Qeyd etmək lazımdır ki, P50 smartfon seriyasının hələ aprel ayında təqdim olunması gözlənilirdi. Lakin bilinməyən səbəblərə görə şirkət onun təqdimatını dəfələrlə təxirə salıb. Buna baxmayaraq HarmonyOS 2-nin təqdimatı zamanı Huawei P50-nin dizaynını sərgiləmişdi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər