
Huawei bu il qeyri-adi yeni qatlana bilən smartfonunu təqdim edə bilər
Cihazlar+
16.02.2024
Emil
Koreyanın kütləvi informasiya vasitələrinin vermiş olduqları məlumata əsasən Huawei şirkəti qeyri-adi qatlana bilən smartfonunun anonsuna hazırlaşır. Məlumatda qeyd edilib ki, şirkətin yeni qatlana bilən smartfonunun əsas fərqləndirici özəlliyi ondadır ki, o, iki hissədən qatlana bilir. Əgər bu məlumat nəticədə doğru olsa, Huawei şirkətinin sözügedən qatlana bilən smartfonu bazarda bu cür konstruksiyaya sahib ilk qatlana bilən smartfon olacaq. Məlumatda qeyd edilib ki, iki tərəfdən qatlanma mexanizminə sahib smartfon artıq bu ilin birinci yarısında təqdim oluna bilər. Smartfonun tam açıq vəziyyətdə ekran ölçüsü isə 10 düym təşkil edə bilər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
