Huawei bu şirkəti geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu

Huawei bu şirkəti geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu

Mobil Cihazlar
16.06.2020 PAYLAŞIM

    2018-ci ildə Huawei Apple şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı statusuna yaxınlaşmaqda daha bir addım atmışdı. ABŞ-dan olan sanksiyalar və koronavirus pandemiyası şirkətin planlarında dəyişikliklər etsə də, o öz məqsədinə çata bildi. Bu tarixi nailiyyət barəsində Counterpoint Research şirkəti xəbər verib. Counterpoint Research şirkətinin hesabatına əsasən bu ilin aprel ayında Huawei şirkəti Samsung da daxil olmaqla hər bir digər istehsalçıdan daha çox smartfon istehsal edib.

    Qeyd etmək lazımdır ki, Samsung şirkəti uzun illər ərzində bu mövzuda liderliyi əlində saxlayırdı. Beləliklə aprel ayında Huawei şirkətinin smartfon bazarındakı payı 19% təşkil etmişdi. Samsung şirkətində isə bu göstərici 17% idi. Təəssüflər olsun ki, ikinci rüb üzrə yekun göstəricilər barəsində hələ məlumat yoxdur. Mütəxəssislərin fikirlərinə əsasən məhz koronavirus pandemiyası sayəsində Huawei şirkəti Samsung-u geridə qoya bildi.


    Məsələ burasındadır ki, aprel ayında bir çox regionlarda karantin səbəbilə mağazaların bağlanması öz növbəsində Samsung-un satışlarına ciddi təsir göstərdi. Həmin ərəfədə Çinin iqtisadiyyatı yenidən bərpa olunmağa başladı və Huawei şirkətinin satışları əvvəlki templərinə qayıtdılar. Burda həmçinin çinlilərin vətənpərvərlikləri də böyük rol oynayır. Belə ki, ABŞ hökuməti tərəfindən Huawei şirkətinə qarşı olan sanksiyalardan sonra çinlilər əsasən Huawei məhsullarına üstünlük verərək öz ölkələrinin yerli istehsalçısını dəstəkləyirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×