Logo
    main-post-cover

    Huawei enerji sektorunda Tesla ilə eyni liqaya yüksəldi

    Cihazlar+
    14.07.2026
    Sevinj
        Huawei təkcə smartfon və 5G texnologiyaları ilə deyil, enerji sektorunda da sürətlə böyüyür. Şirkətin günəş enerjisi avadanlıqları, enerji saxlama sistemləri və elektromobillər üçün enerji doldurma həlləri hazırlayan Huawei Digital Power bölməsi 2025-ci ildə 68,7 milyard yuan (təxminən 9,6 milyard ABŞ dolları) gəlir əldə edib. Bu, əvvəlki illə müqayisədə 24,4 % artım deməkdir.
    Surprise! Huawei Can Actually Innovate—and Win Fans | WIRED
        Müqayisə üçün, Tesla Energy bölməsi 2025-ci ildə 12,77 milyard dollar gəlir əldə edib və illik artım tempi təxminən 27 % olub. Beləliklə, hər iki şirkətin enerji biznesi gəlir və inkişaf sürəti baxımından artıq bir-birinə yaxın səviyyədədir. Huawei-nin enerji bölməsi əsasən günəş panelləri üçün invertorlar, batareya əsaslı enerji saxlama sistemlərielektromobillərin enerji doldurma infrastrukturu istehsal edir. Şirkət bu sahədə xüsusilə BraziliyaAfrika bazarlarında fəaliyyətini genişləndirir. Braziliyada enerji saxlama layihələrinin inkişafı üçün yeni tərəfdaşlıqlar qurulub, Afrikada isə lokal xidmət şəbəkəsi genişləndirilir.
        Huawei-nin 2025-ci il üzrə ümumi gəliri 880,9 milyard yuan, xalis mənfəəti isə 68 milyard yuan olub. Bununla da Digital Power bölməsi şirkətin ümumi gəlirlərinin təxminən 8 %-ni formalaşdırır.
    Paylaş