main-post-cover

    Huawei Enjoy 60 smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    17.03.2023
    Emil Nəcəfov
        Huawei şirkətinin hələ təqdim olunmamış Enjoy 60 adlı smartfonunun real fotoları və texniki özəllikləri barəsində məlumatlar internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei Enjoy 60 smartfonu Kirin prosessoru ilə təchiz olunacaq. İndiki məlumatlar isə bunu tədiqləyirlər. Beləliklə ortaya çıxmış real fotolardan birində görmək olar ki, smartfon ikili arxa kamera ilə təchiz olunacaq.
        Məlumata əsasən Huawei Enjoy 60 smartfonu 1600x720 piksel keyfiyyətli 6.75 düym ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşəcək. Əsas texniki özəlliklərə gəkdikdə isə smartfon Kirin 710A prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Huawei Enjoy 60-ın 23 mart tarixində baş tutacaq təqdimat çərçivəsində təqdim ediləcəyi istisna deyil.
    Linki kopyala