Logo
    main-post-cover

    Huawei Enjoy 60X-in yeni real fotoları ortaya çıxıb

    Cihazlar+
    13.04.2023
    Emil
        Artıq məlumdur ki, Huawei şirkəti 17 aprel tarixində nova 11 smartfon seriyası ilə birlikdə həmçinin Enjoy 60X smartfonunu da təqdim edəcək. Enjoy 60X-in bəzi fotoları artıq ortaya çıxıb. İndi isə bu smartfonun yeni real fotoları təqdim edilib. Xarici görünüşcə Huawei Mate 50-ni xatırladan bu smartfonun real fotolarından birindən əldə edilmiş məlumata əsasən Enjoy 60X həqiqətən də Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq. Bir neçə müddət bundan öncə smartfonun Kirin 710F prosessoru vasitəsilə çalışacağı barəsində məlumatlar ortaya çıxmışdı. Yeni real fotolardan biri isə bu məsələyə aydınlıq gətirib. Bundan əlavə olaraq məlum olub ki, smartfonun 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası olacaq.
    Paylaş
    Bənzər xəbərlər