Logo
    main-post-cover

    Huawei Enjoy 60X smartfonu üzərində çalışır

    Cihazlar+
    10.04.2023
    Emil
        Huawei şirkəti özünün Enjoy seriyasına daxil olacaq yeni smartfonu üzərində çalışır. Söhbət, Enjoy 60X-dən gedir. İndi isə onun bəzi texniki özəllikləri barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Enjoy 60X həm böyük ölçülü ekran həm də böyük həcmli batareya əldə edəcək. Belə ki, smartfon 6.95 düym ekran və 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bunun sayəsində Enjoy 60X smartfonu Enjoy seriyasında ən böyük həcmli batareyaya sahib smartfon olacaq. Smartfon barəsində digər bir məlumat yoxdur. Huawei Enjoy 60X-in nova 11 smartfon seriyası ilə birlikdə 17 aprel tarixində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər