
Huawei Enjoy 60X smartfonunun fotosu təqdim edilib
Dünən məlum oldu ki, Huawei şirkəti Enjoy seriyasına daxil olacaq yeni smartfon üzərində çalışır. Söhbət, Enjoy 60X smartfonundan gedir. İndi isə Huawei rəsmi olaraq sözügedən smartfonun tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotosunda Enjoy 60X-in arxa kamera sahəsi əks olunub. Bundan əlavə olaraq tizer fotosunda olan yazı smartfon barəsində daha öncə olmuş məlumat sızıntısını təsdiqləyib. Şirkət təsdiqləyib ki, smartfon 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Tizer fotodan da görmək olar ki, Enoy 60X qeyri-adi bir dizayna sahib olmayacaq. Bu dizayn Huawei üçün ənənəvi dizayn hesab edilir. Enjoy 60X-in arxa panelində dairəvi formada reallaşdırılmış kamera sahəsi mövcud olacaq. Bundan əlavə olaraq smartfonun 6.95 düym ekran ilə təchiz olunacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Huawei Enjoy 60X smartfonu 17 aprel tarixində nova 11 smartfon seriyası ilə birlikdə təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər