
Huawei Enjoy 60X smartfonunun ön paneli sərgilənib
17 aprel tarixində Huawei şirkəti nova 11 smartfon seriyasını təqdim edəcək. Bu smartfon seriyası ilə birlikdə şirkət həmçinin Enjoy 60X smartfonunu da təqdim edəcək. Dünən şirkət Enjoy 60X-in rəsmi posterini təqdim etmişdi. Həmin posterdə smartfonun arxa panel dizaynı əks olunub. Lakin indi Enjoy 60X-in ön panelinin real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan məlum olur ki, smartfon 6.95 düym ölçülü nəhəng ekran ilə təchiz olunacaq və ekranın yuxarı hissəsində geniş çıxıntı yerləşəcək. Huawei artıq təsdiqləyib ki, Enjoy 60X-in əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı ortaya çıxmış fotodan da görmək olar ki, Enjoy 60X-in 512 GB daxili yaddaş həcminə sahib versiyası da olacaq.
Paylaş
Bənzər xəbərlər