main-post-cover

    Huawei Enjoy 70 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    05.12.2023
    Emil Nəcəfov
         Huawei şirkəti yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei Enjoy 70-dən gedir. Sözügedən yeni büdcəli smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Huawei Enjoy 70 smartfonu 1600x720 piksel keyfiyyətli 6.75 düym yastı ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Smartfon Kirin 710A prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM-ı və 128/256 GB daxili yaddaş həcmini birləşdirir.
         Kameralar ilə batareyaya gəldikdə isə Huawei Enjoy 70 smartfonu 50 MP + 2 MP ikili arxa kameraya, 8 MP-lik ön kameraya və 22.5 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon HarmonyOS 4 əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Enjoy 70 yaxın zamanda Çində satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 169$-a, 256 GB yaddaşa sahib versiya isə 193$-a satılacaq. Smartfonun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Huawei qlobal bazarda yeni məhsullarının təqdimatlarını anons edib
    huawei-qlobal-bazarda-yeni-mehsullarinin-teqdimatlarini-anons-edib
    Huawei P70 Art smartfonunun kameraları barəsində məlumatlar verilib
    huawei-p70-art-smartfonunun-kameralari-baresinde-melumatlar-verilib
    Huawei Enjoy 70 smartfonunun təqdimatı anons edilib
    huawei-enjoy-70-smartfonunun-teqdimati-anons-edilib
    Huawei Enjoy 70-in real fotoları və texniki özəllikləri ortaya çıxıblar
    huawei-enjoy-70-in-real-fotolari-ve-texniki-ozellikleri-ortaya-cixiblar
    Huawei nova 12 Ultra-nın vacib özəlliklərindən biri məlum olub
    huawei-nova-12-ultra-nin-vacib-ozelliklerinden-biri-melum-olub