Huawei Fold form-faktorlu qatlana bilən smartfonlar bazarının lideri olub

Huawei Fold form-faktorlu qatlana bilən smartfonlar bazarının lideri olub

Mobil Cihazlar
07.09.2023 PAYLAŞIM

    Huawei artıq uzun müddətdir ki, smartfon bazarının liderləri siyahısında deyil. ABŞ hökuməti tərəfindən şirkətə qarşı təyin edilmiş sanksiyaları nəzərə alsaq, Huawei yaxın zamanda smartfon bazarının liderləri arasına geri qayıda bilməyəcək. Lakin bununla belə şirkət smartfon bazarının bir seqmentində necəsə digər bütün şirkətləri geridə qoya bilib. Söhbət Fold form-faktoruna sahib qatlana bilən smartfonlardan gedir. Omdia adlı analitik şirkətin məlumatlarına əsasən Huawei bu ilin ikinci rübündə Samsung-u geridə qoyaraq Fold form-faktorlu qatlana bilən smartfonlar bazarının liderinə çevrilib. Məlumatda qeyd edilib ki, Huawei bu bazarın 32.9%-nə sahib olub. Şirkət bu cür nailiyyəti Mate X3 adlı qatlana bilən smartfon vasitəsilə əldə edə bilib. Qeyd etmək lazımdır ki, sözügedən smartfon demək olar yalnız Çin bazarında satılır.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×