Logo
    main-post-cover

    Huawei FreeBuds Lipstick 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2024
    Farid
         Huawei şirkəti Çində FreeBuds Lipstick 2 naqilsiz qulaqlığını təqdim edib. Birinci nəsil FreeBuds Lipstick kimi ikinci nəsil də dodaq boyası formasında şarj keysini əldə edib. Bununla yanaşı şarj keysinə müxtəlif növ kəmərlərin taxılması imkanı da var. Qulaqlıqların özləri ətraf mühitin hibrid boğulması funksiyasını əldə ediblər. FreeBuds Lipstick 2-də Spatial Audio texnologiyasının dəstəyi reallaşdırılıb. Lakin bu texnologiya HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışan cihaza qoşulan zaman çalışır.
         Qeyd etmək lazımdır ki, bu texnologiya səsin kinematoqrafik şəkildə həcmli səslənməsini təmin edir. Bu halda səsin sanki hər tərəfdən gəldiyi hissi yaranır. Qulaqlıqların hər biri 11 mm-lik audio drayverə və Bluetooth 5.2 dəstəyinə sahibdir. Onlar bir dəfə şarj olunandan sonra 5 saat ərzində çalışırlar. Şarj keysi sayəsində isə bu göstərici 24 saat təşkil edir. Huawei FreeBuds Lipstick 2 yaxın zamanda satışa çıxacaq. Onu artıq Çində 235$-a ön sifariş etmək mümkündür. Qulaqlığın digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş