Logo
    main-post-cover

    Huawei FreeBuds Pro 4 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.11.2024
    Emil
         Huawei şirkəti Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində Huawei FreeBuds Pro 4 naqilsiz qulaqlığını təqdim edib. Şirkətin bu yeni naqilsiz qulaqlığı vakuum konstruksiyasını əldə edib. Qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Qulaqlıqlardan hər biri 11 mm-lik audio drayver ilə təchiz olunub. Huawei FreeBuds Pro 4 ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 100 dB-ə (desibel) kimi boğa bilirlər.
         Üstəlik ətraf səs-küyün aktiv boğulması telefon zəngləri zamanı da işə düşür. Nəticədə telefon xəttinin digər tərəfində olan şəxsin səsi tam aydın şəkildə eşidilir. Şirkətin bu yeni qulaqlıqları digər cihazlara Bluetooth 5.2 vasitəsilə qoşulur. Huawei FreeBuds Pro 4 bir dəfə şarj olunandan sonra ətraf səs-küyün boğulması funksiyasının aktiv olmadığı halda 7 saat ərzində çalışa bilir. Şarj keysi ilə birlikdə bu göstərici 30 saat təşkil edir. Huawei FreeBuds Pro 4 gələn ayın əvvəlində satışa çıxacaq və onun qiyməti 206$ təşkil edəcək.
    Paylaş