
Huawei gələcək qatlana bilən smartfonlarının dizaynlarını patentləşdirib
Cihazlar+
15.07.2024
Emil
Huawei öz qatlana bilən smartfonlar sahəsini inkişaf etdirməyə davam edir. Belə ki, şirkət gələcək qatlana bilən smartfonları üçün bir neçə yeni dizaynı patentləşdirib. Patent fotolarına əsasən şirkət öz gələcək qatlana bilən smartfonları üçün nəzərdə tutulmuş kameraların ölçüləri, formaları və gövdə üzərində müxtəlif cür yerləşmələri mövzularında təcrübələr aparır. Yeni patentlərin bir hissəsində smartfonların arxa gövdələrində iki ədəd dairəvi sahənin istifadəsi əks olunub. Onlardan biri kameralar üçün, digəri isə xarici ekran üçündür. Bəzi patentlərdə bu dairəvi sahələr üfüqi vəziyyətdə, bəzilərində isə dioqonal vəziyyətdə yerləşiblər. Digər patentlərdə arxa kameralar və xarici ekran üçün nəzərdə tutulmuş sahələr kvadrat formasında əks olunublar. Huawei şirkətinin öz gələcək qatlana bilən smartfonlarında bu cür dizaynları dəqiq şəkildə reallaşdıracağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
